Kürüdən başlayaq.
Bizlərin Tanrıdan narazı qalmağa əsla haqqımız çatmır.
Allah bəşər övladı üçün zəruri sərvətlərin hamısını Azərbaycana bəxş edib.
Yerüstü və yeraltı sərvətlərimizə həsəd aparırlar.
Neftimiz, qazımız, qızıl yataqlarımız, füsunkar iqlimimiz, göllərimiz, çaylarımız, dağlarımız, dənizimiz, balığımız, qara kürümüz…
Daha nə istəməliyik, yaradandan?
Bu sərvətlərdən yararlana bilmiriksə, suçu özümüzdə axtarmaq gərəkdir. Əllərimizi yuxarı qaldırmağın anlamı yoxdur.Neft bir dəstə harının və onların əcnəbi ortaqlarının çırağını yandırır, Xəzərin delikates balıqları və qara kürüsü yenə də o bir dəstə harının və onların əcnəbi ortaqlarının süfrəsini bəzəyir və bizlərə Azərbaycanın ildə nə qədər neft istehsalına, nə qədər qara kürü ixracına nail olduğunu qəzetlərdən oxumaq qalır.Nefti bir yana qoyaq, nədən ki, ondan ifrat dərəcə çox yazılır, balıq və kürü barədə bir-iki sözüm var.Qardaş, balıq və qara kürü məgər Mozambikin Malavi gölündən gətirilir ki, qiymətləri ceyranın belinə qalxıb?Başqasına deyil, bir özünüzə sual verin, nə vaxt qara kürü dilinizə dəyir?
Toy məclisləri ağlınıza gələcək.
O toylarda da verilən qara kürünün əksər hallarda geydirmə olduğunu yəqin ki, bilirsiniz.
Dərinə getməyək, reallıq budur ki, qara kürünün dadını Azərbaycan vətəndaşlarının ən azı yüzdə doxsanı bilmir. Fil boyda NIYƏ sualını bir xalqı Allahın ona verdiyi nemətə tamarzı qoyanlara ünvanlayaq və keçək toylarımızda cərəyan edən anormallıqlara.Toy məclislərimizdə o qədər eybəcərliklər təzahür edir ki, bir köşə yazısında onları sadalamaq mümkün deyil.
Stolun üstünə doldurulan saysız-hesabsız təamlar, akustikaya məhəl qoyulmayan şadlıq evlərində zurna-balabanın başağrısı yaradan səsi, içkidən bihuş olanların əttökən rəqsləri və daha nələr, nələr…Ən ilginclərindən biri isə, stola qoyulmuş qoz ləpəsinə kişi cinsindən olanların acgöz münasibəti. Acgözlüklə yeməyi bir yana, qoz ləpəsini cibinə dolduranlar da olur. Bununla testesteron hormonunun səviyyəsini saxlamağı düşünənlərin nə qədər gerizəkalı olduğunu vurğulamağa dəyər.QORXUNUN HAKIM OLDUĞU CƏMIYYƏTDƏ BIR TOY MƏCLISINDƏ BIR OVUC QOZ LƏPƏSI KIŞILIYI QORUYUB SAXLAMAQ IQTIDARINDA DEYIL.Çünki cəmiyyətdə qorxu kabusunun varlığında testesteronun səviyyəsi avtomatik olaraq aşağı düşür.
Potensiyanın qorunub-saxlanılması üçün BAŞ qana hopmuş qorxu virusunu neytrallaşdırmaq istiqamətində çalışmalıdır. Ki, orqanizmin digər orqanlarının fəaliyyəti patoloji olmasın.Baş əgər bu istiqamətdə bir iş görmürsə, lap belə bir ovuc yox, gündə bir kilo qoz ləpəsi də yeyilsə, faydası olmayacaq.
Və tramvay cinayəti.
Bu rejimin 18 ildə çox qanunsuzluqlara imza atıb. Bakıdan və digər şəhərlərdən tramvayı biryolluq yığışdırması isə sırf cinayətdir. 100 ildən artıq fəaliyyət göstərmiş, həm ekoloji, həm də texniki təhlükəsizlik baxımından effektli olan bir nəqliyyat vasitəsini ləğv etmək, yaddaşlardan TRAMVAY məfhumunu silmək, cinayət deyil, nədir?Sivil Qərbin şəhərlərinin hamısında demək olar ki, tramvay işləyir.
O tramvay bizdə də var idi, birinin səsi xoşuna gəlmədi, birinin metalına, digərinin tramvay parkına gözü düşdü və o nəqliyyatın üstündən YAP iqtidarı xətt çəkdi…Nədən yazırsan yaz – qara kürüdən, qoz ləpəsindən, hətta tramvaydan – mütləq və mütləq gedib dirənəcək mənfur REJIMƏ. Belə deyil?