Obama Əsədin legitim olmadığını bəyan etdi

ABŞ prezidenti Suriya diktatorunu hədələdi

 

ABŞ-ın dövlət katibi Hillari Klintondan sonra prezident Barak Obama da Suriya diktatoru Bəşər Əsədin legitmliyini itirdiyini söyləyib. “CBS” televiziyasında yayımlanan proqrama qatılan Ağ ev rəhbəri Bəşər Əsədin ünvanına indiyədəqədər ki, ən sərt iradlar səsləndirib.

Suriya hakimiyyətinin öz xalqına qarşı törətdiyi mərhəmətsizliyin qəbulolunmaz adlandıran Obama Əsəd tərəfdarlarının ABŞ-ın Dəməşqdəki səfirliyinə hücumuna da toxunub:“Heç kimin bizim səfirliyimizə əl uzada bilməyəcəyini və diplomatik korpusumuzu qorumaq üçün lazım olan bütün addımları atacağımızla bağlı dəqiq mesaj göndərdir. Bu mesajı aldıqlarını düşünürəm”.

Barak Obama Bəşər Əsədin ölkədə köklü islahatlara liderlik etmə şansını itirdiyini də söyləyib:“Hər ötən gün Suriya başçısının öz xalqının gözündə legitimliyini və hökumətininin qanuniliyini itirdiyi açıq görünür. Əsəd real islahatları həyata keçirməyərək qazandığı fürsəti əldən verdi”.

Qeyd edək ki, ABŞ administrasiyasının Bəşər Əsədə qarşı mövqeyinin sərtləşdiyi müşahidə olunur. Dövlət katibi Hillari Klinton iyulun 12-də Bəşər Əsədin legitimliyini itirdiyini və ABŞ-ın onu Suriya rəhbəri postunda görməsində əsaslı səbəb görmədiyini bildirmişdi. Bundan bir gün sonra isə Ağ Evin sözçüsü Cey Karney Bəşər Əsəd hökumətinin qanununiliyinin qalmadığını və Suriya diktatorunun əvəzedilməz olmadığını söyləmişdi.

Bu arada BMT Təhlükəsizlik Şurası və təşkilatın baş katibi Pan Gi Mun Suriyada ABŞ və Fransa səfirliklərinə hücumu sərt şəkildə qınayıb.  TŞ-nin toplantısından sonra yayılan açıqlamada deyilir ki, şura səfirlik binalarına zərər verən, diplomatik personalın yaralanmasına gətirib çıxaran olayları şiddətlə qınayır. TŞ Suriya hakimiyyətini ölkədəki diplomatik binaları və personalı qorumağa çağırıb.

BMT Baş katibi Pan Gi Mun açıqlamasında diplomatic korpsunun qorunmasında ev sahibi olan ölkənin məsuliyyət daşıdığını bildirib. O, Suriyada təcili siyasi islahatlar keçirilməsinin zəruri olduğunu söyləyib.

Tural