İsgəndər İsgəndərova məxsus «Ekzotika» adlı kafe-barın fəaliyyətinə qadağa qoyuldu
Sumqayıtda, Sülh küçəsində fəaliyyət göstərən “Ekzotika” adlı kafe-bar qapalıdıb. Bu barədə qəzetimiz çapa gedərkən məlumat almışıq. Obyektin qapadılmasının səbəbləri bəlli deyil.
“Ekzotika” təhsil nazirinin müavini Isgəndər Isgəndərova məxsusdur. Obyekti nazir müavininin oğlu Rüfət Isgəndərov idarə edir. Isgəndər Isgəndərov həm də Sumqayıtda “Univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərovun böyük qardaşıdır.