Suriya diktatoru Bəşir Əsədin tərəfdarları ABŞ-ın və Fransanın bu ölkədəki səfirliyinə hücum edib. Basqınçılar ABŞ səfirliyinə girib. Səfirlik əməkdaşları “Reuters”ə bildiriblər ki, Əsəd tərəfdarları səfirliyinin binasına zorla daxil olub.
Fransa səfirliyinə hücum zamanı isə Əsəd tərəfdarlarını səfirliyin təhlükəsizlik xidməti atəşə tutub.
Xatırladaq ki, bir neçə gün qabaq ABŞ və Fransanın Suriyadakı səfirləri Həma şəhərində Əsəd rejiminə qarşı keçirilən çoxminlik mitinqə qatılmışdılar. Əsəd tərəfdarlarının səfirliklərə basqını da görünür, səfirlərin bu jestinə cavabdır.
Əsəd ABŞ səfirliyinə basqın təşkil etdi
•