saakasvili

Saakaşvilidən Putinə yeni ittiham

“Gürcüstana qarşı əməliyyatları Putin hazırlayır” Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya baş naziri Vladimir Putini Gürcüstana qarşı xüsusi əməliyyatlara rəhbərlik etməkdə ittiham edib. M.Saakaşvili “Exo Moskvı” radiostansiyasına müsahibəsində bu barədə danışıb.

 

Saakaşvili iddia edib ki, dəfələrlə Putinin kəşfiyyat əməliyyatları planlaşdırdığı haqda eşidib, hətta onlara himayədarlıq edənlərin soyadlarına kimi detallara malikdir: “Məsələn, bilirəm ki, Federal Təhlüksizlik Şurasının ehtiyatda olan podpolkovniki şəxsən kəşfiyyat əməliyyatları planlaşdırıb”.
Saakaşvili daha sonra Putini nəzərdə tutaraq deyib: “Indiyə kimi yadımdadır ki, o mənə Batumidən zəng etdi və dəqiq yeri, küçələri, kəsişmə nötqələrini və hətta zabitlərin konkret soyadlarını çəkdi. Bunu məhz o planlaşdırdığına görə böyük zövq alırdı”.

Gürcüstan prezidenti hesab edir ki, Rusiya xüsusi xidməti orqanları onun ölkəsi üçün “Şimali Afrika ssenarisi” hazırlayıb.