Susmaq qızıldır

SAKINLƏR: Salam, cənab Prezident, xoş gəlmisiniz!

Prezident Ilham ƏLIYEV: Salam, xoş gördük. Sağ olun.
SAKINLƏR: Sizə çox minnətdarıq, cənab Prezident, bizim üçün gözəl şərait yaratmısınız.

Prezident Ilham ƏLIYEV: Necəsiniz, işlər necə gedir?

SAKINLƏR: Çox sağ olun, minnətdarıq. Çox razıyıq.
Prezident Ilham ƏLIYEV: Bu binalar çox gözəlləşib. Həm xarici gözəldir, həm də bütün girişlər, dam örtükləri, liftlər təzələnib. Park isə abadlaşdırılıb. Uşaqlar üçün idman meydançası yaradılıb.
SAKINLƏR: Bəli, çox gözəl parkdır. Allah Sizə cansağlığı versin. Hər cür şərait yaradılıb.
Prezident Ilham ƏLIYEV: Uzun illərdir ki, burada yaşayırsınız? Neçə ildir?
SAKINLƏR: Bəli, bu binalar istifadəyə veriləndən, 30-35 ildir burada yaşayırıq. Görülən bərpa işləri Sizin bizə yeni hədiyyənizdir. Allah Sizdən razı olsun. Burada həm böyüklər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb. Ona görə də bütün sakinlər adından Sizə dərin təşəkkürümüzü bildiririk. 
Prezident Ilham ƏLIYEV: Sağ olun. Sizə də cansağlığı arzulayıram ki, burada rahat yaşayasınız. Bütün şərait vardır. Bu binalar artıq memarlıq əsəri olubdur.

SAKINLƏR: Bəli, hər cür şərait vardır. Buralar toz-torpaq içində idi. Indi gözəl asfalt çəkilib, gözəl park salınıb. 
Prezident Ilham ƏLIYEV: Balkonlar da çox gözəldir. Indi yaşayış sahəsi də artıb. Mən çox şadam ki, sizin üçün belə gözəl şərait yaradılıb.
SAKINLƏR: Ümumiyyətlə, qəsəbəmizdə çox dəyişikliklər olub, çox işlər görülüb.
Prezident Ilham ƏLIYEV: Bütün bu evlər təmir olunub. Indi o tərəfdəki evlər də təmir edilir. Hər tərəf – şəhərin mərkəzi də, kənarı da gözəl, abad olmalıdır. Bilirsiniz ki, indi bütün qəsəbələrdə quruculuq işləri aparılır, yollar salınır, yeni məktəblər, xəstəxanalar tikilir, binalar təmir olunur. Bu binalar indi gözəllik nümunəsidir.
SAKINLƏR: Həm təmizlik yaranıb, həm də binalarımız gözəlləşib. Bütün bunlar üçün bir daha Sizə “Sağ olun” deyirik.
Prezident Ilham ƏLIYEV: Sağ olun, sizə cansağlığı arzulayıram.
SAKINLƏR: Sağ olun, Allah Sizi qorusun.
Sonra dövlətimizin başçısı ərazidəki daha bir binanın da təmir olunması barədə tapşırıq verdi.Həmin binanın sakinləri balkonlardan Prezident Ilham Əliyevi salamladılar.
Dövlətimizin başçısı da onları salamladı və dedi:
– Sizin bina da təmir ediləcəkdir. Indi göstəriş vermişəm. O da bu binalar kimi gözəl olmalıdır.
SAKIN: Çox sağ olun, çox minnətdarıq. Allah Sizə cansağlığı versin.
Prezident Ilham ƏLIYEV: Sağ olun.
P.S . 
Bu dialoq Ilham Əliyevin bir qrup Xəzər rayon sakini ilə söhbətidir və “Azərbaycan” qəzetindən götürülüb…