Respublika stadionunun təmirinə 10 milyon ayrıldı

Əliyevin bu addımının «Eurovision»la bağlı olduğu istisna deyil

Ilham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“AzərTAC”ın məlumatına görə, stadionun əsaslı təmiri və yenidən qurulması üçün prezidentin ehtiyat fondundan Gənclər və Idman Nazirliyinə 10 milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Qeyd edək ki, gələn ilin mayında Bakıda baş tutacaq “Eurovision-2012” musiqi yarışmasının keçiriləcəyi ünvan kimi bir neçə yerin adı çəkilir ki, onlardan biri də Respublika Stadionudur. Odur ki, indiki məqamda stadiona prezident səviyyəsində 10 milyon manat vəsait ayrılmasının məhz ”Eurovision”la bağlı olduğu istisna deyil.