vp-qazet

“Washington Post”dan hakimiyyətə növbəti zərbə

«Azərbaycan korrupisya içərisində boğulur…»

ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti növbəti dəfə Azərbaycan hakimiyyətini hədəfə alaraq, bu ölkəni dünyanın ən çox korrupsiyalaşmış və insan haqlarının kəskin şəkildə məhdudlaşdırıldığı dövlətlərdən biri kimi təqdim edib.
Məqalədə ABŞ-ın Əfqanıstan müharibəsi zamanı hərbi və mülki yüklərin daşınması üçün tranzit kimi istifadə etdiyi ölkələrlə bağlı bəzi məlumatlar göstərilib. Həmin məqalənin ölkəmizlə bağlı hissəsində qeyd olunur ki, Azərbaycan ABŞ Dövlət Departamenti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda dünyanın ən çox korrupsiyalaşmış və demokratiyanın bərbad halda olduğu ölkəsi kimi xarakterizə olunur: “Azərbaycan korrupsiya içərisində boğulur. Ölkədə korrupsiyanın səviyyəsi dəhşətli dərəcədə yüksəkdir. Demokratiya, insan haqları və söz azadlığı kəskin formada məhdudlaşdırılıb”.