Sərhəd xidmətinin zabiti qətlə yetirilib; Bakı və Tehran müəmmalı şəkildə susur
Iyulun 3-də Azərbaycan-Iran sərhədində atışma olub. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, bazar günü saat 13.15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Iran Islam Respublikasının ərazisindən silahlı şəxslər sərhədi pozub. Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilməsi nəticəsində leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, o, zastavaya aparılarkən yolda keçinib. Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər Iran Islam Respublikasına qaçıblar.
Bu vaxta qədər bir neçə dəfə Irandan Azərbaycan sərhədinin pozulması halı olub. Əksər hallarda sərhədi qaçaqmalçılar pozub. Lakin bu dəfə atəş açanların kimliyi barədə məlumat verilmir. Insidentin Iran parlamentinin sədri Əli Laricaninin Azərbaycana səfərindən dərhal sonra baş verməsi də müəyyən fikirlərin ortaya çıxmasına səbəb olur.
Siyasi ekspert Sülhəddin Əkbər atışmanın müxtəlif səbəbdən ola biləcəyini deyir. Onun fikrincə, BMT sanksiyaları ilə üzləşən Iran bundan yaxa qurtarmaq üçün istənilən addımı ata bilər: “Irana qarşı sanksiyalar getdikcə sərtləşir. Xüsusilə ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar kifayət qədər ciddi nəticələr verməyə başlayıb. Artıq dünya mətbuatı da bu barədə yazır. Iran onlardan yaxa qurtarmaq üçün təşəbbüslər edir. Olan bilsin, son insidentin də bununla hər hansı əlaqəsi var”.
Fizzə