Ziya Məmmədovun «Dərnəgül layihəsi»

Nəqliyyat naziri yeni metrostansiyanın yaxınlığında şəhərcik salacaq

“Dərnəgül” metrostansiyasının yaxınlığındakı ərazidə təmizləmə işləri aparılacaq. Yaxın vaxtlarda orada yerləşən ayrı-ayrı iş adamlarına və dövlət qurumlarına məxsus bazalar söküləcək. Həmçinin ərazidəki “Asfaltzavod” da başqa yerə köçürüləcək.
Məlumatlara görə, həmin ərazidə şəhərcik salınması planlaşdırılır. Tikinti işlərinin əhəmiyyətli hissəsini “Z.Q.A.N Holdinq” görəcək. Lakin “Azinko” şirkətinə müəyyən qədər pay veriləcəyi deyilir. Z.Q.A.N nəqliyyat naziri Ziya Məmmədova, “Azinko” isə əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənova məxsusdur. Məlumatlarda bildirilir ki, artıq Ziya Məmmədov Z.Q.A.N-nın rəhbərliyində təmsil olunan Bülent Karanıya görüləcək işlər barədə tapşırıqlarını verib. Ziya Məmmədovun bu məsələyə daha çox maraq göstərməsi həm də həmin ərazidəki “Asfaltzavod”un başqa yerə köçürülməsi ilə bağlıdır. Çünki köçürmə prosesi yeni korrupsiya mənbəyidir.
Məlumatlarda həmçinin deyilir ki, Ilham Əliyev üçün inşa edilən rezidensiyaya görə söküləcək evlərin sakinlərinin bir hissəsini “Dərnəgül” metrosunun yaxınlığında salınacaq şəhərciyə köçürülməsi planlaşdırılır.

İnformasiya şöbəsi