PA rəhbəri çap biznesini inhisara alır
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə, qurumun şöbə müdiri Fatma Abdullazadə çap biznesini inhisara alıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, PA rəhbəri ilə şöbə müdirinin nəzarətində olan “Şərq-Qərb” mətbəəsinin bu sahədə lider olması üçün göstəriş veriblər ki, bütün iri sifarişlər bu mətbəəyə verilməlidir. Onsuz da dərsliklərin əhəmiyyətli hissəsi “Şərq-Qərb” mətbəəsində çap olunur. Ümumiyyətlə, dövlət sifarişlərinin böyük hissəsi bu mətbəəyə verilir. Lakin Ramiz Mehdiyevlə Fatma Abdullazadə bununla kifayətlənmək istəmir. Sifarişlərin yalnız “Şərq-Qərb” mətbəəsinə verilməsi üçün sifarişçilərə hətta təzyiq də göstərilir. Bu isə artıq bəzi mətbəələrin iflasa uğramasına gətirib çıxarıb.
İnformasiya şöbəsi