“AZAL” isə heç-heçə oynadı
İyunun 30-da UEFA Avropa Liqasının birinci mərhələsi start götürüb. Ağdamın “Qarabağ” komandası Litvanın Qarqjday şəhərində “Banqa” komandasına qonaq olub. Oyun ağdamlıların 4:0 hesablı qələbəsi ilə bitib. Topları 16-cı dəqiqədə Rəşad Sadıqov, 33 və 57-ci dəqiqələrdə Vüqar Nadirov, 87-ci dəqiqədə Bəxtiyar Soltanov vurub.
Bakıda keçirilən AZAL – “Minsk” görüşü isə heç-heçə başa çatıb – 1:1.
Cavab görüşləri iyulun 7-də olacaq