Ictimai Palatanın rayon şöbələrinin yaradılması prosesi davam edir. Dünən də Ictimai Palatanın Cəbrayıl şöbəsi yaradılıb. AXCP və Müsavatın yerli şöbələrinin iştirakı ilə qurumun təsis konfransı keçirilib. Iki nəfər AXCP-dən (Xaqani Əliyev, Aydın Əliyev), iki nəfər Müsavatdan (Hamlet Səfixanlı, Izzət Məmmədov) və iki nəfər bitərəf (Rüfət Məhərrəmov, Sərvər Mehdiyev) qurumun koordinasiya şurasının üzvü seçilib.
Daha sonra AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ölkədəki ictimai siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib. Çıxışında Ictimai Palatanın aksiyalarına toxunan Fuad Qəhrəmanlı bildirib ki, hakimiyyətin zorakı metodlarına əl atmasına baxmayaraq, aksiyalar davam etdirilməlidir.
AXCP sədrinin digər müavini Gözəl Bayramlı Ictimai Palatanın yerli şöbələrinin yaradılmasının təqdirəlayiq hal olduğunu qeyd edib. O, həmçinin bildirib ki, yerli şöbələr qurumu daha da genişləndirmək üçün ciddi səylər göstərməlidir.