Depardye Azərbaycan mətbəxini reklam edəcək

Fransız aktyor Bakıda reklam çarxına çəkilir

Dünya şöhrətli Jerar Depardye bu yaxınlarda yenidən Bakıya gəlib. Fransız aktyoru bu dəfə Azərbaycan milli mətbəxinin reklam çarxına çəkilmək üçün səfər edib.

Reklam çarxının ssenarisi Mədəniyyət və Turizm Nazirliyinə CineX tərəfindən təqdim edilib və tenderdə qalib gəlib. Ssenari fransız aktyoru tərəfindən də bəyənilib.

Milyonların kumiri olan Jerar Depardye məişətdə böyük qurman kimi məşhurdur. Aktyor yaxşı mətbəxin və çaxırın bilicisidir. Dünya şöhrətli aktyorun Azərbaycan mətbəxinin reklam çarxına çəkilməyə razılıq verməsinə səbəb məhz bu keyfiyətidir.

Çəkiliş qrupunun sözlərinə görə, Jerar Depardye Azərbaycan xörəklərinə heyran olub (1news.az).