Əliyevlər antiinqilab repressiyalarını gücləndirib

«The New York Times»: «Azərbaycanda baş qaldıran etirazlar yatırılır»

ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Ellen Barrinin qələmə aldığı məqalədə bloger Emin Millinin qayınatası və xanımının işdən kənarlaşdırıldığı xatırlanır. Həbsdə ikən atasını itirən Emin Millinin iş tapmaq şansı sıfıra bərabərdir. Millinin müraciətlərinə cavab verilmir. Beynəlxalq təşkilatlarda çalışan və adlarının açıqlanmasını istəməyən işçilər menecerlərin Emin Millini işlə təmin etməmək göstərişi aldıqlarını deyib.
“The New York Times” qəzetində “Dissident həbsdən azad edilib, lakin cəzası hələ bitməyib” adlı məqalədə vurğulanır ki, blogger və müxalif fəal Emin Milli həbsdən azad edildikdən sonra normal həyatına qayıdacağına ümid edirdi. Lakin çox çəkmədi ki, Emin həbsdən əvvəlki həyatının arxada qaldığını başa düşdü.
Məqalənin müəllifi Ellen Barrinin yazdığına görə, Eminin xuliqanlıq ittihamı ilə 17 ay həbs cəzası çəkməsi hər kəsə gülünc görünsə də, onun qayınatası və xanımı işdən kənarlaşdırılıb. Qəzet yazır ki, Azərbaycan hökuməti təhlükəyə çevrilmədən öncə Facebook istifadəçilərinə qarşı ölçülər götürür. Baş qaldıran etirazlar tezliklə yatırılır.

Siyasət şöbəsi