Misirdə diktatorların bu ölkədəki abidələrinin sökülməsi barədə müzakirələr başlayıb
Eks-dövlət başçısı Heydər Əliyevin Qahirədəki heykəli sökülə bilər. Artıq Misir mətbuatında Hüsnü Mübarəkin dövründə bu ölkədə ayrı-ayrı avtoritar liderlərə ucaldılmış bütün heykəllərin sökülməsi gündəmə gətirilib. Heydər Əliyevin heykəli də bu sıradadır. Artıq Qahirənin meri də bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. O, yerli mətbuata açıqlamasında bildirib ki, paytaxtda avtoritar liderlərə ucaldılan heykəllər söküləcək.
Oxucuların diqqətinə çatdıraq ki, Xırdalanda Hüsnü Mübarəkə heykəl ucaldılmasının qarşılığında Qahirədə də Heydər Əliyevə heykəl yapılmışdı. Misir inqilabından sonra Hüsnü Mübarəkin məsuliyyətə cəlb olunması Azərbaycan hakimiyyətini onun Xırdalandakı heykəlini aşırmağa məcbur etdi. Bir neçə həftə əvvəl Xırdalanda Hüsnü Mübarəkin heykəlini Misirlə bağlı başqa bir abidə əvəzlədi.
İnformasiya şöbəsi