Avropa İttifaqı Əliyevlərə sanksiya tətbiq edəcək

Sentyabra kimi mühüm islahatlar baş verməsə, Brüssel Bakını cəzalandıracaq

İlham Əliyevin Brüssel təmaslarının bəzi detalları barədə məlumatlar əldə etmişik. Diplomatik kanallardan gələn bilgilərdə deyilir ki, Azərbaycan hökumətinə bəzi islahatlar üçün sentyabr ayına kimi vaxt verilib.
Bura monopoliyaya qarşı xüsusi mübarizədən tutmuş, sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, vicdan məhbuslarının azadlığa buraxılması, Azərbaycan hökumətinin Avropa Ittifaqı ilə assosiativ üzvlüyə dair saziş bağlamasına qədər bir sıra tələblər daxildir. Sentyabra qədər bu problemlər həllini tapmasa, Azərbaycan hökumətilə bağlı məsələ rəsmən müzakirəyə çıxarılacaq və növbəti addım atılacaq.
Qeyd edək ki, Avropa Parlamenti artıq Azərbaycanla bağlı mühüm qətnamə qəbul edib. Bu dəfə isə rəsmi Bakı öz davranışları ilə ölkəni sanksiyalarla üz-üzə qoya bilər. Çünki sentyabra qədər yuxarıda qeyd olunan şərtlərə əməl olunmasa, sanksiyalar haqqında qərarların qəbul ediləcəyinə dair xəbərdarlıq da Əliyevə çatdırılıb.

İnformasiya şöbəsi