Medvedevdən Putunə incə mesaj

“Rəqib olmağımız ölkəmiz üçün yaxşı ssenari ola bilməz”

 

Rusiya prezidenti Dmitri Medvedyev Böyük Britaniyanın “Fayneşnl tayms” qəzetinə müsahibəsində baş nazir Vladimir Putinlə eyni vaxtda seçkiyə qatılmağın əleyhinə olduğunu deyib: “Mənim və Vladimir Putinin eyni vaxtda prezident seçkisinə qatılmağımız ən azı bir səbəbdən mümkün deyil: biz böyük ölçüdə eyni siyasi qüvvəni təmsil edirik və rəqib olmağımız son illərdə gördüyümüz işlərə, ümumi hədəflərimizə ziyan gətirə bilər. Bu, ölkəmiz üçün yaxşı ssenari ola bilməz”.

 

“Media forum” saytı xəbər verir ki, Medvedyev 2012-ci ildə seçkiyə qatılıb-qatılmayacağı haqda sualı belə cavablandırıb: “Mən  hesab edirəm ki, prezident postunu tutan istənilən şəxs seçkiyə qatılmağa borcludur. Belə qərarı qəbul edib-etməmək isə onun istəyindən asılıdır”.