Türkiyə rəsmisi Suriyaya hərbi müdaxilə ola biləcəyini dedi
Suriya diktatoru xalqı dialoqa çağırdı; xalq isə “qatillərlə dialoq olmaz” cavabını verdi
Suriya diktatoru Bəşər Əsəd iki aydan sonra nəhayət ki, iyunun 20-də ilk dəfə ictimaiyyət qarşısına çıxaraq, ölkədəki son durumu qiymətləndirib. Konkret islahat təkliflərini irəlin sürən Əsəd Türkiyəyə sığınan suriyalıları ölkəyə qayıtmağa çağırıb.
Dövlət televiziyası vasitəsilə xalqa müraciət edən Bəşər Əsəd Suriyada növbədənkənar parlament seçkilərinin bu ilin avqustunda keçiriləcəyini, islahatlar paketinin isə sentyabrda müzakirəyə çıxarılacağını bildirib. Suriya diktatoru ölkənin bütün təbəqələrini, ictimai-siyasi qüvvələrin də iştirakı ilə dialoqun başlandığını söyləyib. Əsəd məhz bu dialoq və müzakirələr nəticəsində Suriyanın gələcəyinin müəyyən olunacağını vurğulayıb.
Dialoq prosesinin qurulacaq bir komitə tərəfindən müşahidə olunacağını söyləyən Bəşər Əsəd bütün təkliflərin və atıalcaq addımların konkret zamanla həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, proses əyalətlərdən başlanacaq və mərkəzi bir sistemə çevirləcək: “Bu müddət üçün 1 ya da 2 ay zaman təyin edəcəyik. Çox əhəmiyyətli müddətdir və şans tanımaq lazımdır”.
Suriya rəhbəri seçki qanunvericiliyinin dəyişdirilərək demokratik hala salınacağını, ölkədə korrupsiya hallarının araşdırılması və aradan qaldırıması məqsədiylə komitənin yaradıəalcağını da söyləyib. Bəşər Əsəd çıxışı zamanı Suriyanın dönüş nöqtəsində dayandığını və ölkə üçün tarixi dövr başladığını bildirib. O, daha öncə olduğu kimi yenə də geniş əfv imzalanacağını sözlərinə əlavə edib. Suriya diktatoru yeni vədlər də sələndirib: “İnsanlar günahsız və əsassız yerə həbs olunmamalıdır. Həbslərə sanksiya verən prokurorlar da işlərinə ciddi yanaşmalıdır”.
Ölkədəki xalq üsyanına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi səbəbindən çətin günlər keçirən Əsədin bu təklifləri rejimi qurtarmaq üçün atdığı son addımlardan biri kimi göstərilir. Əsədin çıxışından sonra Suriyanın müxtəlif şəhər və qəsəbələrində insanlar küçələrə axışaraq diktatorun səsləndirdiyi fikirlərə və təklif etdiyi islahatların yetərli olmadığına etirazlarını bildiriblər. İrbin şəhərində küçələrə axışan rejim əleyhdarları “qatillərlə dialoq olmaz”, “Əsəd, biz səninlə danışmaq istəmirik” şüarları səsləndiriblər.
Bu arada Türkiyə prezidenti Abdullah Gülün Yaxın Şərq üzrə müşaviri Ərşat Hürmüzlü Suriya diktatoru Bəşər Əsədə uzun müddətdir öhdəsinə düşən islahatları 1 həftə ərzində həyata keçirilməli olduğuna dair çağırış edib. Müşavir “Əl Ərəbiyə” televiziyasına verdiyi açıqlamasında islahatlara qısa müddət ərzində başlanmayacağı təqdirdə Bəşər Əsədin hakimiyyəti qoruya bilməyəcəyini bildirib: “Çünki belə bir vəziyyətdə bizim hər zaman narahatlıq keçirdiyimiz xarici müdaxilə təhlükəsi var”.
Bu arada Suriya İslam Alimləri Birliyinin sədri Məhəmməd əl Sabuni ölkədə yaşanan hadisələrə münasibətini bildirib. Sabuni Suriya müxlaifətinə müraciət edərək hakimiyyətin onları tələyə salmaq istədiyini söyləyib. O, müxalifəti rejimin tələsinə düşməmək üçün silaha əl atmamağa çağırıb. Ölkənin nüfuzlu din xadimi insanların Suriya hakimiyyətinə qarşı dinc mübarizələrini dəstəklədiyini də vurğulayıb.
İnformasiya şöbəsi



