Qalatasaray yeni ulduzlar alır

Joze Antonio Reyes və Tomas Ujfalusinin transferi də razılaşdırılıb

İyunun 16-da səhər saatlarında təyyarə ilə İspaniyaya yola düşən “Qalatasaray” prezidenti Ünal Aysal və klub rəhbərliyi istəyinə çatıb. 

Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, “Atletiko” (Madrid) klubunun prezidenti Enrique Cerezo ilə görüşən Ünal Aysal bu klubun 3 ulduz futbolçusunun – Diyeqo Forlan, Joze Antonio Reyes və Tomas Ujfalusinin “Qalatasaray”a transferi məsələsini həll edib. 

Klub rəhbərləri futbolçuların transferi məsələsində qəti razılığa gəliblər.