Altıncı Məhəmməd ölkədə geniş konstitutsiya islahatlarına qərar verdi
Baş nazirin səlahiyyətlərinin gücləndirilməsi və parlamentin Hökumət başçısı olacaq baş nazirin səlahiyyətlilərinin gücləndirilməsi və parlamentin səlahiyyət sahələrinin genişləndirilməsi nəzərdə tutulur
Yaxın Şərq və Şimali Afrika ölkələrini bürümüş üsyan dalğasından ehtiyatlanan Mərakeş kralı 6-cı Məhəmməd ölkədə təcili konstitutsiya islahatlarının keçirilməsi haqda qərar çıxarıb. Yeni konstitusiya layihəsi əsasında kral Məhəmmədin siyasi və dini səlahiyyətlilərinin məhdudlaşdırılacağı bildirilir.
Siyasi partiyalara göndərilən və referenduma təqdim ediləcək konstitutsiyaya olunan dəyişikliklərdə hökumət başçısı kimi baş nazirin səlahiyyətlilərinin gücləndirilməsi və parlamentin səlahiyyət sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
“AFP” agentliyinə sızan yeni konstitiutsiya mətnində surətini ələ keçirdiyi mətnə görə, karalın bəzi əhəmiyyətli siyasi səlahiyyətləri qorunarkən, krallıqdakı tək dini nüfuz mövqeyi də eynilə qalır. Hüquq və ədalətin ali dəyər olduğunu zəmanət altına alan mətndə, baş nazirin vətəndaş vəzifələr, siyasi idarə vəzifələri, yüksək postlar və dövlət şirkətlərinə təyinatlar etməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Mərakeşdə fevralın 20-dən bu yana təşkil olunan etiraz aksiyalarında nümayişçilər hökumət dəyişikliyi, konstitusiya islahatlarının aparılmasını və siyasi məhbusların azad olunmasını tələb edirdi. Siyasi islahatlar qanununun yaxın günlərdə kral tərəfindən açıqlanacaq. İslahatçı imici ilə tanınan kral 6-cı Məhəmməd Mərakeş xalqı tərəfindən çox sevilir.
İnformasiya şöbəsi


