“Wikileaks”dən Əliyevlə bağlı daha bir məxfi sənəd

“İlham Əliyev İranı qeyri-sabitlik mənbəyi hesab edir”

“İran kəşfiyyatı ilə əlaqəsi olan şəxslər Azərbaycanda bizneslə məşğul olur”

Azərbaycan Iranla münasibətlərdə açıq qarşıdurmalardan və gərginlikdən qaçır. Bakının Iranın nüvə proqramı və Tehranın terrorizmi dəstəkləməsi ilə bağlı narahatlıqlarına baxmayaraq, bu, belədir. Bu barədə Amerika diplomatlarının Wikileaks tərəfindən yayılmış növbəti məxfi yazışmalarında deyilir. Bu halda söhbət səfir səlahiyyətlərini icra edən Donald Lunun 2009-cu ildə Vaşinqtona ünvanladığı məktubdan gedir. Məktubda deyilir:

Bakı və Tehran arasında gərginlik oktyabrda Iranın hökumətyönlü KIV-ləri Azərbaycan hökumətini tənqid etməyə başlayanda yaranıb. Bu, Bakıda Iranla əməkdaşlıqda ittiham olunan bir qrup şəxsin mühakimə olunmasından sonra, habelə Qəbələ RLS-dən Iranın izlənilməsi üçün istifadə imkanı ilə əlaqədar baş verib. Israil prezidenti Peresin Bakıya səfər edəcəyi və Israilin Azərbaycana silah ixrac edəcəyi haqqında şaiyələr yayıldıqdan sonra gərginlik ən yüksək həddə çatdı.
90-cı illərdə Azərbaycan hakimiyyəti Iran tərəfdən maliyyələşdirilən təşkilatların və hərəkatların əksəriyyətini ölkədən qovdu. Bununla belə, Bakı Irandakı iğtişaşlara və bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına məhəl qoymur və Əhmədinejadın təkrar prezident seçildiyini qəbul etməyə tələsir.
Iran “qarşılıqlı sosial yardım” şəbəkəsi, qrantlar və kiçik kreditlər verən xeyriyyə təşkilatları, mədəni təşkilatlar və Iranın Qırmızı Aypara Cəmiyyəti vasitəsilə öz maraqlarını müdafiə edir. Iran hakimiyyəti aztəminatlı ailələrin uşaqlarının Iranda təhsil almasını maliyyələşdirir və onların Məşhəd ziyarətini təşkil edir. Bu arada, Iran kəşfiyyatı ilə əlaqəsi olan şəxslər Azərbaycanda bizneslə məşğul olur. Bakıda Iran televiziyasının Azərbaycan əleyhinə verilişlərindən narahatdırlar və müntəzəm olaraq bu verilişlərin yayımının dayandırılması üçün avadanlıq alınacağından danışırlar, lakin heç bir real iş görülmür.
Azərbaycan siyasətçilərinin və təşkilatlarının əksəriyyəti Iranın 2009-cu ilin aprelində Israil prezidentinin səfərinin ləğv edilməsi məqsədilə Azərbaycana təzyiqlərindən qəzəblənirlər. Bu arada, Peresin səfəri hərbi sahədə əməkdaşlıq və pilotsuz təyyarələrin birgə istehsalı haqqında sazişlə yadda qaldı.
Bununla yanaşı, Azərbaycan hökuməti Irandan narkotik idxalının artmasından narahatlığını açıq-aşkar bildirir və Tehranı qəsdən sabitliyi pozmağa cəhd etməkdə ittiham edir.
Eyni zamanda, Ilham Əliyev başda olmaqla, Azərbaycan hökumətinin üzvləri bəlli edirlər ki, Iranı potensial qeyri-sabitlik mənbəyi hesab edirlər və onun nüvə proqramından və terrorizmi dəstəkləməsindən dərin narahatlıq keçirirlər.
Bununla belə, Bakıda yaxşı bilirlər ki, Iranla münasibətlərin gərginləşməsi daha böyük təhlükə ola bilər.