sulheddin

Diktatora dost köməyi Əliyevə nə vəd edir?

Sülhəddin Əkbər: «Avropanın son diktaturası adlandırılan Belarusla hər hansı münasibətin qurulması Azərbaycanı hədəf taxtasına çıxarır»

Iqtisadi böhran və Qərbin sanksiyaları ilə üz-üzə qalan Belarus kömək üçün yenidən Azərbaycana üz tuta bilər. Bu məqsədlə Belarusun baş naziri Mixail Myasnikoviçin təcili Bakıya gələcəyi gözlənilir. Məlumata görə, baş nazirin səfəri gələn ay üçün planlaşdırılsa da, ölkədə yaranan vəziyyət onu bir qədər tələsməyə vadar edib.
Səfərin əsas məqsədi isə problemləri yoluna qoymaq üçün Əliyevdən borc istəmək olacaq. Çünki hazırda Belarus hökuməti yaranan iqtisadi böhrandan çıxmaq üçün yetərincə vəsait tapa bilmir.
Xatırladaq ki, bir müddət əvvəl Beluras Rusiyaya borcunu qaytarmaq üçün Azərbaycanın köməyindən yararlanıb. Bu dəfə də Əliyevin ona uzanan əli boş qaytarmayacağını gözləmək olar. Lakin Qərb, hətta Rusiya ilə münasibətləri gərgin olan bir ölkəyə yardım Azərbaycana nə vəd edə bilər?
Siyasi ekspert Sülhəddin Əkbərin fikrincə, bir tərəfdən ABŞ, Avropa Birliyi, digər tərəfdən Rusiya ilə gərgin münasibətlər yaşayan, Avropanın son diktaturası adlandırılan Belarusla hər hansı münasibətin qurulması Azərbaycanı dolayısı ilə hədəf taxtasına çıxarır. Bu baxımdan Azərbaycanın yenidən Belarusa maliyyə yardımı, yaxud başqa şəkildə kredit verməsi müsbət qiymətləndirilə bilməz.
Ekspertin sözlərinə görə, bunun əvəzində rəsmi Bakı Minskdən müəyyən imtiyazlar tələb edə bilər. Yaxud Azərbaycan bu ölkədə iqtisadi maraqlarının inkişafına çalışsa, bu, haradasa anlaşılan olar.

Fizzə