Əsədin vəhşiliyi türk jurnalistləri dəhşətə gətirib

“Cisr əş Şuhuru qan və yanıq iyi bürüyüb”

Suriya Müdafiə Nazirliyi uzun müzakirələrdən sonra Türkiyənin “Anadolu” agentliyi və “TRT Türk” müxbirlərini ordunun xüsusi əməliyyat keçirdiyi Cisr əş Şuhur şəhərinə girişinə icazə verib.

Türkiyəli jurnalistlər Həmat şəhərindən Cisr əş Şuhura gedən yolda çoxlu sayda əsgər və hərbi texnika olduğunu, qəsəbəyə 70 km qalmış isə hərbi nəzarət məntəqələrinin getdikcə çoxaldığını bildirib. Müxbirlər qəsəbədə yaşananq qarşıdurmaların izlərinin hər yerdə görüldüyünü söyləyib. Qəsəbədə qan və yanıq iyi hiss olunub. Cisr əş Şuhurdakı xəstəxana, bank, ədliyyə və təhlükəsizlik qüvvələrinə aid binaların hamısı yararsız vəziyyətə salınıb.

Qəsəbənin içindən keçən Asi çayının üstündəki körpüdə maşın şinlərindən qurulan barrikadalarən bir qısmı dağıdılıb. Körpünün üstündə və çayın kənarında öldürüldükdən sonra parçalanan cəsədlər yığılıb. Aralarında 9 yaşlı qız uşağının da olduğu körpüdən atılan cəsədlərin bir qisminin çıxarıldığı, ancaq bəzilərinin isə Türkiyəyə axan çayla axıb getdiyindən tapılmadığı bildirilir.

İnformasiya şöbəsi