Kəmaləddin Heydərov hakim Mahmud Nəbiyevin oğlunu niyə özünə müşavir götürüb?
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin oğlu ilə bağlı maraqlı məlumat əldə etmişik. Sən demə, 1981-ci il təvəllüdlü hakim oğlu polkovnik rütbəsi daşıyır.
O bu rütbə ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müşaviri vəzifəsində çalışır. Hakim oğlunun 30 yaşında belə yüksək rütbəni hansı yolla alması barədə müxtəlif məlumatlar var. Bunlardan ən inandırıcısı Kəmaləddin Heydərovun məhkəmə sisteminə qismən də olsa, nəzarət etmək imkanına malik olması üçün Mahmud Nəbiyevin oğluna yüksək rütbə və post verməsidir. Bu fakt həm də Fövqəladə Hallar Nazirliyində vəzifə bölgüsünün, işə götürmənin və idarəetmənin hansı qaydalarla həyata keçirildiyini göstərir.
İnformasiya şöbəsi



