Əhmədzadəni məhkəməyə verdilər

«Meliorasiya və Su Təsərrüfatı» ASC xərclədiyi vəsaitlər barədə məlumatları gizlədib

 

Son illər Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çayları sahillərində bəndvurma və sahilbərkitmə işlərinin aparılması, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi və xərclənməsi barədə ətraflı məlumat əldə etmək üçün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir müddət öncə «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə rəsmi informasiya sorğusu göndərmişdi.
Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurum sorğuya cavab versə də cavablar “Kür” Qərargahını təmin etməyib. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sorğuya verdiyi natamam cavabın qanunsuz hesab edilməsi və sorğunun tam cavablandırılması tələbi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinə müraciət edib.