Bir nazir, iki deputat milli bayrağın rəngini müəyyənləşdirə bilmir
Iri çaplı üç dövlət məmurunun – vergilər naziri Fazil Məmmədovun, deputat, “Azəryolservis”in sədri Cavid Qurbanov və deputat Aydın Abbasovun rəhbərlik etdiyi təşkilatda milli bayraq böhranı yaşanır. Söhbət Azərbaycan Güləş Federasiyasından gedir.
Xatırladaq ki, naziri Fazil Məmmədov federasiyanın prezidenti, Cavid Qurbanov I vitse-prezident, deputat Aydın Abbasov isə sadəcə vitse-prezidentdir.
Güləş Federasiyanın məsul işçilərindən birinin “Azadlıq”a verdiyi məlumata görə, uzun müddətdir federasiyanın emblemində dövlət bayrağının tərsinə əks olunması müzakirə mövzusuna dönsə də bu problem hələ həll olunmur.
Mənbə bildirdi ki, bir-neçə güləşçinin adından dəfələrlə fedarasiya rəhbərliyi qarşısında məsələ qaldırılıb ki, emblem düzgün formada düzəldilsin. Bu haqda Dövlət Heraldika Şurasına da şikayət olunub. (Heraldika Şurası dövlət orqanları, idarə, müəssisə və təşkilatları, habelə yerli özünüidarəetmə orqanlarının rəsmi simvollarının və fərqləndirici nişanlarını qeydə alan, onun düzgünlüyünə nəzarət edən orqandır). Ancaq nə vergilər naziri, nə də deputatlar problemə məhəl qoyub. Hətta bir dəfə deputat Aydın Abbasov bayrağa görə şikayət edənlərə “işiniz-gücünüz qurtarıb, bekar adamlarsınız” deyə sərt reaksiya da verib.
Ferdarasiyanın emblemində bayraq şaquli formadadır. Bu zaman sol tərəfdə yaşıl, sağ tərəfdə isə göy rəngdir: “Müzakirələrin birində rəhbərlik iddia etdi ki, bayraq şaquli olanda elə belə də olmalıdır. Həmin vaxt təsadüfən televizor otaqda açıq idi və ITV göstərirdi. Etirazçılar ITV-nin leyblın göstərib dedilər ki, axı necə ola bilir, bayraq ITV-də şaqulidir və orda birinci rəng mavidir, bizdə isə yaşıl? Rəhbərlik isə bildirdi ki, Ismayıl Ömərov türkçüdür, ona görə qəsdən birinci göy rəngi verib…
Natiq



