Rəsmi Vaşinqton Belarusa qarşı sanksiyaların müddətini artırdı
ABŞ administrasiyası Belarus hakimiyyətinin 10 rəsmisinə, o cümlədən ölkə başçısı Aleksandr Lukaşenkoya qarşı sanksiyaların müddətini 1 il də uzadıb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, qadağalar 2006-cı il iyunun 16-da ABŞ prezidenti Сorc Buş tərəfindən tətbiq edilib. Bu sanksiyalar əsasında Belarus diktatoru Aleksandr Lukaşenko və hökumətin digər 9 nümayəndəsinin xarici banklardakı hesabları və xaricdə mülkiyyət hüququ dondurulub. Qadağalara məruz qalanlar arasında Belarus Dövlət Təhlukəsizlik Komitəsinin başçısı Stepan Suxarenko, dövlət teleradio şirkətinin sədri Aleksandr Zimovskiy, daxili işlər naziri Vladimir Naumov və başqaları var.
Sanksiyaların uzadılmasına səbəb isə Belarus diktatoru Lukaşenkonun 2010-cu ilin dekabrında müxalifət tərəfdarlarının keçirdiyi kütləvi aksiyalara qarşı sərt müdaxilə edilməsinə göstəriş verməsi olub.
İnformasiya şöbəsi


