asad-aliyev

Əliyevdən Əsədə dəstək

Azərbaycan iqtidarı Suriya rejiminə qarşı sənədin əleyhinə çıxdı

BMT-nin Nüvə Araşdırmaları Komissiyası Təhlükəsizlik Şurasına Suriyanın məxfi nüvə proqramı barədə məlumat göndərib və bunun araşdırılmasını təklif edib. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin isə bu təklifə qarşı çıxıb. Sənəddə Əsəd rejiminin dinc aksiya iştirakçılarına qarşı zorakılığı pislənilib.
Sənədin müəllifləri bildirib ki, onu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssislərilə birgə işləyib hazırlayıblar. Layihənin BMT TŞ-na göndərilməsinə Rusiya ilə Çindən başqa bəzi ərəb ölkələri, eləcə də Azərbaycan, Ekvador, Pakistan və Venesuela kimi dövlətlər də qarşı çıxıb. 11 ölkə isə bitərəf qalıb.
Xatırladaq ki, bir neçə il öncə BMT-də Iran hökumətini insan haqlarına hörmət etməyə çağıran qətnamə qəbul olunanda da Azərbaycan təmsilçisi bu çağırışın əleyhinə səs vermişdi. Bununla ikinci dəfədir ki, Azərbaycan hakimiyyəti beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarını pozan despotik rejimlərə açıq dəstəl verməkdən çəkinmir.
Bu həm də o deməkdir ki, Azərbaycan Iran və Suriyanın dünya tərəfindən tənqid olunan siyasətini dəstəkləyir. Eyni zamanda, Əliyev iqtidarının yeni mənəvi yaxınları qismində Suriya və Iran rejimlərinin çıxış etdiyini söyləmək olar.

Siyasət şöbəsi