Baş nazir Rəcəb Tayyip Ərdoğnın rəhbərlik etdiyi AKP artıq üçüncü seçkdir ki, ardıcıl qalib gəlir. Həm də aldığı səsləri artıraraq. AKP 2002-ci il seçkisində 34, 2007-ci il seçkisində 47, 2011-ci il seçkisində isə 50 faiz civarında səs alıb.
Bu cəhətdən AKP Türkiyə tarixində bir ilkə imza atıb.
AKP-dən əvvəl buna yaxın göstəricini 1950-1958-ci illərdə Adnan Menderes və onun Demokrat Partiyası (DP) əldə edib. DP 1950-ci ildə 53, 1954-cü ildə 58 faiz civarında səs alsa da, üçüncü dəfə aldığı səsləri artıra bilməyib. Əksinə təxminən 10 faiz səs itirərək 47.8 faizlə kifayətlənməli olub.
1965-ci il seçkisində isə Süleyman Dəmirəlin rəhbərlik etdiyi Ədalət Partiyası (AP) 53 faizə yaxın səs toplamışdı.
Türkiyə mediası xəbər verir ki, son nəticələr AKP-nin Türkiyə tarixində AP-dən təxminən 45 il sonra həm seçici, həm də parlament çoxluğunu qazanaraq iqtidar olan ilk partiyadır.
AKP yetkililərindən biri isə qazandıqları uğuru öyərək bildirib ki, Avropada onlar kimi ardıcıl 3 dəfə səslərini artıraraq qalib gələn partiya yoxdur.
AKP Türkiyədə bir ilkə imza atdı
•