Sülhəddin Əkbər: «Bu səfər dövlət başçısının tapşırığı ilə həyata keçirilən xüsusi missiyadır»
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada səfərdədir. Xarici səfərlərə meylli olmayan bu şəxs yalnız bir dəfə Türkiyəyə gedib. Qalan səfərlərinin hamısı yalnız Rusiyaya olub. Rəsmi məlumatlara görə, PA rəhbəri rusiyalı həmkarı Sergey Narışkinlə Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında iştirak edib. Bu, səfərin rəsmi tərəfidir. Lakin hökumətdə ciddi söz sahibi olan Mehdiyevin səfərinin yalnız bununla yekunlaşdığına inanmaq sadəlövhlük olardı.
Hazırda gündəmə olan bir neçə məsələ var ki, bunlar Rusiyanın narahat etməyə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən fəallaşma müşahidə olunur. “Nabucco” qaz kəməri ciddi müzakirə mövzusudur. Eyni zamanda Qərbin, Avropa strukturlarının Azərbaycanda demokratikləşmə ilə bağlı ciddi təpkiləri var. Belə bir ərəfədə hakimiyyətdə rusiyameyllilər qanadının təmsilçisi kimi tanınan Ramiz Mehdiyevin Moskva səfəri hansı məqsədi daşıyır?
Görünür ki, Rusiya və Azərbaycan arasındakı əlaqələrin ən etibarlı həlqəsi kimi Ramiz Mehdiyev Ilham Əliyevin narahatlıqlarını müzakirə etmək və durumu aydınlaşdırmaq üçün Kremlə üz tutub. Belə ki, ötən günlərdə Rusiya silahlı qüvvələrinin baş qərərgahında əməlyyat idarəsinin rəisi olan general Azərbaycan və ermənistan arasında növbəti müharibə başlayarsa, Ermənistanı müdafiə edəcəklərini demişdi. Eyni gündə isə Rusiyalı başqa bir diplomat münaqişə qızışarsa, “Azərbaycan Naxçıvanı itirə bilər”“” kimi bəyanatla çıxış etmişdi. Bu səbəbdən də Ramiz Mehdiyev Kremlə nə baş verdiyini aydınlaşdırmaq üçün gedib. Çünki bu vəziyyət Mehdiyevin də Ilham Əliyevin yanındakı nüfuzuna ciddi zərbədir. Başqa tərəfdən isə, Qərblə ciddi sorunlar yaşayan Bakı üçün öldürücü həmlə effekti verib.
Fizzə