Əsəd rejiminin qəddar killeri

Suriya rəhbərinin qardaşı Mahir Əsəd ölkənin bir nömrəli hökmdarı adlandırılır

 

Bəşər Əsədin mülayim şəxsiyyəti ilə Suriya təhlükəsizlik qüvvələrinin müxaliflərə qarşı sərt rəftarını görənlər təəccüblənənlər diqqətləri onun qardaşı Mahir Əsədin üzərinə çəkir. ABŞ-ın nüfuzlu “ The New York Times” qəzetinə danışan keçmiş diplomat Mahir Əsədi Suriyanın bir nömrəli hökmdarı adlandırıb.

 

Suriyada üç aydır davam edən və təxminən 1300 adamın həyatını itirməsinə gətirib çıxaran rejim əleyhinə nümayişlər Cüsr əl Şuhurda 120 polisin öldürülməsi ilə başqa məcraya yönəldi. Rəsmi dairələrin açıqlamalarına görə, 120 polisin öldürüldüyü hadisələr artıq rejim əleyhinə hərəkatın silahlı müstəviyə keçdiyini göstərir.

Savadlı və islahatçı imici ilə tanınan Bəşər Əsədin ölkədə demokratiyaya keçidi sürətləndirəcək addımlarına, hətta ümumi əfv elan etməsinə baxmayaraq Suriyada kütləvi qətliamların davam etməsi düşüncələrdə yeni sualların yaranmasına yola açıb. “The New York Times”a danışan suriyalı fəallar Əsədin islahatlarının təsirsiz qalmasının səbəbinin onun sərtlik və qəddarlıq tərəfarı olan qardaşı Mahir olduğunu bildirib.

Mahir Əsəd ölkənin ən əhəmiyyətli təhlükəsizlik və kəşfiyyat qurumları üzərində təsirini əlində saxlayır. O, ölkənin ən peşəkar əsgərlərindən ibarət 4-cü birqadanın və Respublika Mühafizləri korpusunun komandanı olmaqla yanaşı Suriya kəşfiyyatında böyük nüfuza sahibdir. Etiraz aksiyalarına qatılan müxalifət tərəfdarlarına atəş açanlar və həbs olunan fəallara qarşı işgəncə verənlər bu hərbi birləşmələrin yetirmələridir.

Mahir Əsəd  Suriyada “qorxu mühiti” kimi xaraletrizə olunur. Bəşər Əsədin qardaşının şəxsən əlinə silah alaraq etirazçılara atəş açdığını görənlər və buna inananlar çoxluq təşkil edir. ABŞ-a sığınan suriyalı keçmiş diplomat Bəssam Bitar Mahirin “ölkənin bir nömrəli hökmdarı” olduğu iddiasındadır.

Bəssam Bitarın sözlərinə görə, 44 yaşlı Mahir uşaqlığından bəri iti zəkası və təşkilatlanma bacarığı, bununla bərabər qayını Asif Şəvkəti öldürəcək qədər amansız, mərhəmətsiz şəxsiyyəti ilə tanınır. Livanın sabiq baş naziri Rafiq Həririnin sui-qəsd əmrini verənin də Mahir olduğu irəli sürülür. Bu səbəblə də Mahiri 1982-ci ildə 10 min Sünninin öldürüldüyü Həmat qətliamının memarı, əmisi Rüfət Əsədə bənzədilər. Bitar “Rüfət iyrənc bir adam olub. İndi tarix Mahirlə təkrarlanır” deyə “The New York Times”a bildirib.

İnformasiya şöbəsi