Usubov qaynını idarə rəisi təyin etdi

Nüsrət Şirinov yeni vəzifəsində general-mayor Nazim Əliyevi əvəzləyib

Daxili işlər naziri Ramil Usubov qaynı Nüsrət Şirinovu idarə rəisi təyin edib. Bu vaxta qədər Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin rəis müavini olan Şirinov artıq Daxili Işlər Nazirliyi Katibliyinin rəisidir.
Qeyd edək ki, Nüsrət Şirinov yeni vəzifəsində general-mayor Nazim Əliyevi əvəzləyib. Əliyev bir neçə gün əvvəl Usubovun əmrilə Polis Akademiyasına rəis təyin olunmuşdu. Akademiyanın əvvəlki rəisi Ramiz Nağıyev isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Yeri gəlmişkən, Nazim Əliyevin Polis Akademiyasında Nizamnaməyə bəzi dəyişikliklər etmək niyyətində olduğu bildirilir.