mezahir-pen

Məzahir Pənahovun qardaşı prokuror təyin edildi

Yeni prokurorlar arasında Hacı Məmmədovun oğurladığı şəxs də var

Prokurorluq sistemində kadr dəyişiklikləri olub. Yeni təyin olunan kadrlarla bağlı “qafqazinfo”ya maraqlı məlumatlar daxil olub. Məsələn, Siyəzən rayon prokuroru təyin edilən Murad Kazımovla bağlı.
Qeyd edək ki, Murad Kazımov vaxtilə Hacı Məmmədov bandası tərəfindən oğurlanan şəxslərdən biridir. Onun atası Ismayıl Kazımov da uzun illər prokurorluq orqanlarında işləyib. 1999-cu ildə oğurlanarkən Murad Kazımov Yasamal rayonunun prokurorunun köməkçisi işləyirdi. Bir müddət girovluqda qalan Murad Kazımov 500 min dollar müqabilində azad edilmişdi.
Dünənki təyinata qədər isə o, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini idi.
Digər maraqlı məlumat isə Yevlaxa prokuror təyin edilən Elxan Pənahovla bağlıdır. Indiyə qədər Salyan rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Elxan Pənahovun yeni vəzifədə əvəzlədiyi Firdovsi Nemətli isə Yevlaxdan Salyana prokuror göndərilib.