Aysel Teymurzadə deputatın oğlu ilə şərik oldu

Hadı Rəcəbli məsələ ilə bağlı yayılan məlumatı təsdiqləyib

Azərbaycanı “Eurovision-2009″ yarışmasında təmsil edən Aysel Teymurzadə ilə deputat Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli ”Atəşgah” Sığorta Şirkətini alıblar.
Bu barədə “qafqazinfo”ya məlumatlı mənbədən xəbər daxil olub. Məlumata görə, onlar məsələ ilə bağlı srağagün sığorta şirkətinin rəhbərliyi ilə müqavilə imzalayıblar. Hadı Rəcəbli məsələ ilə bağlı yayılan məlumatı təsdiqləsə də, bu barədə ətraflı məlumata malik olmadığını bildirib.