Fransanın xarici işlər naziri Alen Jupe ölkəsinin BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsinə səs vermək üçün müraciət etmək niyyətində olduğunu bildirib. Alen Jupe Vaşinqtonda Brukinqs institutunda çıxışında Suriya prezidenti Bəşər Əsədin öz legitimliyini itirdiyini və bu ölkə rəhbərliyinin fəaliyyətini pisləyən qətnamə layihəsinin qərb dövlətləri tərəfindən dəstəklənəcəyinə əmin olduğunu deyib. O, eyni zamanda BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin göstərəcəyi güclü dəstəyin Moskvanı da bu qətnamə layihəsinə səsverməyə inandıra biləcəyinə ümid etdiyini vurğulayıb. Alen Jüpenin sözlərinə görə 15 ölkədən 11-nin bu qətnamənin lehinə səs verdiyini gördükdə Rusiya da öz mövqeymini dəyişə bilər.
Qətnamə layihəsini Fransa, Böyük Britaniya, Almaniya və Portuqaliya hazırlayıb.



