Çinlilər Tərtəri işğal edib

İcra başçısı Ceyhun Cəfərov rayonda vəzifə sahiblərinə «taksa» qoyub

 

Tərtər rayonu, sözün əsl mənasında müharibədən sonrakı Berlini xatırladır. “Aqlay xəstəliyi”nə (“aqlay” üzlük daşdır (ona həm də “oblitsovka” deyirlər) tutulan vəzifə sahibləri, sahibkarlar, adi vətəndaşlar, hamı bir nəfər kimi bu yaramaz işlərə cəlb edilib.
Adamlar ev-eşiklərini banklara girov qoymaqla kimlərinsə “abadlıq” adı altında külli miqdarda pul qazanması uğrunda savaşın iştirakçısına çevriliblər. Halbuki Tərtər 2005-2006-cı illərdə tam “abadlaşdırılb”. Adının çəkilməsini istəməyən vəzifə sahibinin deməsinə görə,ÿ 2011-ci ilin birinci rübündə də abadlıq işlərinə yerli büdcədənÿ105 min manat vəsait sərf edilib. Bu başı bəlalı rayonda hər gələn yeni başçı bir oyun oynayır. Amma daimi iş yeri açıb tərtərlilərə gün ağlayan yoxdur.
Uzun illərdir ki, müharibə zonasında ermənilərlə ÿüz-üzə dayanan tərtərlilərə həm də təsir edən odur ki, ÿişsizlik ola-ola bu rayona çinli miqrantları gətirib təmir-tikinti işlərini onlara həvalə ediblər.
Tərtər rayonunda ÿfəhlələr ÿbir kvadratmetr yeri 8 manata döşədikləri halda, çinlilər bunu cəmi 4 manata etməyə razılaşıblar. Tərtər sakiniÿ Natiq Ismayılov deyir ki, çinli miqrantları icra başçısı himayə edir…

 

***

Tərtərə yenicə icra başçısı təyin olunan Ceyhun Cəfərov “aqlaylaşdırma” ilə paralel olaraq rayonun sabiq icra başçısı, hazırda Bərdənin “xanı” olan Vidadi Isayevin kadrlarını vurmaqla öz yaxın qohum-əqrəbası hesabına yeni icra aparatı təşkil etməklə məşğuldur. Uzun illər kənd təsərrüfatı üzrə icra başçısının müavini Ədalət Əliyevi tutduğu vəzifədən uzaqlaşdıraraqÿ onun yerinə əvvəllər ərazi idarəetmə şöbəsinin referenti olmuş Xatirə Məmmədovanı təyin edib. Bu xanım əvvəllər başçının 1-ci müavini Vidadi Bəylərovla qarşıdurmada olduğundan vəzifəsindən uzaqlaşdırılmışdı.
X.Məmmədova dövlət qulluqçuları həmkarlar ittifaqının sədri, həm də kənd təsərrüfatının inkişafı ilə əlaqədar əhaliyə verilməli olan subsidiya komissiyasının üzvü olub. Işlədiyi müddətdə subsidiyaların mənimsənilməsinə görə, hətta Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin istintaq şöbəsində izahat da verib.
Tərtər rayon Icra Hakimiyyətində iqtisadi məsələlər üzrə müavin vəzifəsində çalışan Fəxrəddin Binnətovun yerinəÿ isə, əmək və əhalinin sosial müdafiəsi mərkəzinin (ƏƏSMM) direktoru Abbas Cavadov təyin edilib. ƏƏSMM-nin direktorunun müavini Zaur Bəylərov başçının 1-ci müavini Vidadi Bəylərovun qardaşı olduğundan, bu sahədə olan korrupsiya faktları ört-basdır edilir.
Kadr dəyişikliyi yalnız sabiq başçı Vidadi Isayevin adamlarını vurmaqla aparılmır. Rayonda gedən təmir-tikinti-ÿ”aqlaylaşdırma” oyununa tələb olunan ÿ”taksa”lardan imtina edən şəxslər də “kadr islahatları” kampaniyasına daxil edilir. Məsələn, Tərtər RIH-də Ərazi Idarəetmə orqanları ilə iş şöbəsinin sabiq müdiri Şahlar Qurbanov da “aqlaylaşdırma” əməliyyatına soyuq münasibəti üzündən yeni başçının xoşuna gəlməyib. Onu tutduğu vəzifədən uzaqlaşdıraraq bu vəzifəyə Tofiq Hüseynovu ÿgətiriblər. Rayon Uşaq xəstəxanasının baş həkimi Ramiz Bağırov və Su Idarəsinin müdiri Əli Əliyevÿdə “aqlay”a tələb olunan məbləği verməkdən imtina etdikləri üçün tutduqları vəzifələrlə vidalaşmalı olublar. Ceyhun Cəfərovun keçirdiyi iclasda, az qala rayon Baytarlıq Idarəsinin müdiri Məhərrəm Əliyev dəÿ “qara siyahı”ya düşəcəkmiş. Onu ayaq üstə qaldırıb fəaliyyəti ilə bağlı arayış da tələb ediblər. Lakin Məhərrəm Əliyev  “aqlaylaşdırma”ya “hə” dediyinə görə, yerində qala bilib.

***

Yeni başçının 1-ci müavini Vidadi Bəylərovun rayonda rəhbər vəzifələrdə çalışan qohum əqrabası – Mərkəzi xəstəxananın baş həkimi Yaşar Hüseynov, qardaşı ÿ- mənzil komunal ÿtəsərrüffatının müdiriÿ Qabil Bəylərov, yeznəsi Gənclər və Idman Idarəsinin rəisi Habil Kərimov,ÿÿ yaxın qohumu Mədəniyyət və Turizm şöbəsinin müdiri Telman Məmmədov rəhbərlik etdiyi kollektivlərdə “aqlaylaşdırma” kampaniyasını təşkil edirlər. “Aqlaylaşdırma” rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevin də gününü qaraldıb. Rayon ərazisindəki 48 məktəbin hər biri üçün, ən azı 3 min AZN vəsait tələb edilir.
Ceyhun Cəfərovun Elnur adlı bir qohumu var. Bu şəxs əvvəllər Kənd Təsərüffatı Nazirliyinin idarələrinin birində çalışıb, rayona yenicə referent vəzifəsinə təyin olunub. O, rayonda başçınınÿ “sağ əli” kimi tanınır. Onun əsas işi icra nümayəndəlikləri və bələdiyyələrlə “haqq-hesab” aparmaqdır. “Aqlay” kampaniyası kənd icra nümayəndəlikləri və bələdiyyələri də öz çərçivəsi daxilinə alıb. Məlumata görə, Borsunlunun Xaləddin adlı  icra nümayəndəsi “aqlay” kampaniyası üçün tələb olunan məbləği verə bilməyəcəyini əsas gətirərək işdən çıxarılması barədə ərizəsini yazıb. Amma sonradan xərcin yarısını ödəmək şərtilə işdə saxlanılıb…

S.Novruz