Tunisin devrilmiş diktatoru Zeynal Abidin Bin Əlinin bacılarından biri həbs olunub. TAP agentliyinin verdiyi məlumata görə, Nəcat Bin Əli Tunisin Soussa bölgəsində saxlanılıb. Onun həbs edilməsinin səbəbi barədə ətraflı məlumat verilməyib.
Xatırladaq ki, xalq etirazları qarşısında duruş gətirə bilməyən Zeynal Abidin Bin Əli Tunis prezidenti postundan istefa verərək Səudiyyə Ərəbistanına qaçıb.