Əliyev niyə respublika qurucularının adını çəkmədi?

Xaliq Bahadır: «Azərbaycanı kommersiya strukturu hesab etdikləri üçün orada onlardan başqasının adı ola bilməz»

Ölkə səviyyəsində 28 May münasibətilə keçirilən tədbirlər hələ cəmiyyətin xatirindən çıxmayıb. Bu tədbirlər sırasında ölkə prezidenti səviyyəsində keçirilən  və “Buta” sarayında düzənlənən tədbir başqa bir özəlliklə yadda qalıb.
Ölkə başçısı I.Əliyev keçirilən tədbirdə müstəqillikdən danışsa da, həmin müstəqilliyin qazanılmasında əvəzsiz rolu olan şəxsiyyətlərin adını çəkməyib. Çıxışın stenoqramı verilən AzərTAc-ın məlumatında prezident bir neçə dəfə ADR-in adını çəkib. Lakin sonrakı məqam ölkənin iqtisadi inkişafı, H.Əliyevin siyasi kursu və digər hissədən ibarət olub. Ölkənin müstəqilliyi yolunda xidməti olan şəxslərin adının çəkilməməsi praktikası birinci dəfə olmasa da, bunun hər dəfə təkrarlanması müsbət yanaşmadan xəbər vermir.
AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın fikrincə, müstəqilliyi yaradanlara belə münasibət Ilham Əliyevə atadan qalma mirasdır. Xaliq bəy bildirdi ki, Ilham Əliyev “mən atamın kursunu davam etdirirəm” sözlərini dəfələrlə deyib. Oğul Əliyev həmin kursu bundan sonra da davam etdirmək fikrindədir: “Atası ona tapşıraraq gedib ki, Azərbaycan bizim kommersiya strukturumuzdur və orada dünəndən bu günə qədər başqasının adı ola bilməz. Onlar təkcə Məhəmməd Əmin Rəsulzadəyə deyil, Azərbaycanı sevənlərin hamısına düşməndirlər”.

Nigar