ARDNŞ prezidenti: «Neft qüllələrinin yanında 100 min də ev olsa, onları sökməliyik»
Azərbaycan Dövlət Neft Şirkətinə məxsus torpaqlardakı köhnə tikililər, eləcə də neft hasilatına mane olmayan evlər sökülməyəcək. Bu sözləri jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
“Biz baxırıq ki, bu sahədə neft sahəsinin işlənməsi nəzərdə tutulmursa, qazıntı işləri aparılmırsa, biz tikintiyə göz yuma bilərik. Amma əgər neft qülləsinin yanında ev tikiblərsə, bu artıq mümkün deyil. Lap 100 min ev də olsa, onları sökməliyik. Hərçənd bu cür evlərin sayı 100 min olmaz”- deyə ARDNŞ prezidenti vurğulayıb(APA).



