Gürcüstanda dövlət çevrilişinə cəhd

Hakimiyyətin zorla dəyişdirilməsi planını Nino Burcanadze Rusiyanın dəstəyiylə reallaşdırmaq istəyib

Mixail Saakaşvili:“Rusiya ölkəmizin müstəqilliyinə dəfələrlə qəsd edib”

Gürcüstanda prezident Mixail Saakaşvilinin istefası tələbiylə “Xalq Yığıncağı” adlı müxalifət təşkilatının mayın 26-da Tbilisidə keçirdiyi miqtinq zamanı qarşıdurma yaşanıb. Nəticədə 2 nəfər dünyasını dəyişib.

“Novosti-Qruziya” agentliyinin məlumatına görə, aksiya zamanı ölən şəxslər Vladimir Masxuraşvili və Nodar Sxadadze adlı indiki və keçmiş polis əməkdaşlarıdır. Onların hər ikisi sürətlə hərəkət edən avtomobilin altında qalıblar. İcazəsik aksiyanın dağıdılması zamanı 37 nəfər, o cümlədən o cümlədən 8 polis əməkdaşı yalanıb.

“Qruziya Online” xəbər portalı mitinq zamanı 2 polis əməkdaşlının ölümündə şübhəli bilinən şəxslərin həbs olunduğunu bildirib. Gürcüstan Daxili İşlər Nazirliyi “Xalq Yığıncağı”nın lideri, sabiq parlament sədri Nino Burcanadzenin köməkçisi İvan Çiqvinadze və eks spikerin sədrlik etdiyi “Demokratik Hərəkat” Partiyasının üzvü Zaxari Zuraşvilinin həbs edildiyini açıqlayıb. Aksiya zamanı 90 nəfər həbs olunub. Onlar barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarılıb.

Bundan başda Gürcüstan DİN Rusiyanın ölkədə çevriliş etmək planını təsdiqləyən lent yazısı yayımlayıb. Lent yazısında Nino Burcanadze və oğlu Anzor Bitsadzenin Rusiya Baş Kəşfiyyat İdarəsinin Kocor xüsusi təyinatlı batalyonunun zərərsizləşdirməsi barədə müzakirə apardıqları aydın olub.

Nino Burcanadzenin “Hadisələrin gedişində Kocor xüsusi təyinatlı batalyonu mitinq iştirakçılara atəş aça bilərmi?” sualına oğlu Anzor Bitsadze “ilk hücumu biz dəf edərik, sonra isə xüsusi təyinatlılarla qoy Rusiyanın Baş Kəşfiyyat İdarəsi anlaşsın”,-deyə cavab verib. Ana və oğul həmçinin nenə nəfərin Rusiyameylli siyasəti müdafiə etdiyi, onlardan neçəsinə arxayın ola biləcəkləri barədə fikir mübadiləsi aparıblar.

Gürcüstanın sabiq spikeri Nino Burcanadzenin oğlu Anzor Bitsadze mitinq zamanı yaralananlara baş çəkmək üçün xəstəxanaya gəldiyi vaxt həbs olunsa da sonradan azadlığa buraxılıb. Burcanadzenin əri Badri Bitsadzenin isə harada olduğu məlum deyil. Bundan başqa “Xalq toplantısı” alyansının lideri İrakli Batiaşvili və Gürcüstan Partiyasının lideri Levan Qaçeçiladzenin də yeri barədə məlumat yoxdur.

Gürcüstan prezidenti Mixail Saakaşvili isə dünən ölkənin Müstəqillik Günü münasibətilə keçirilən paradda iştirak edib. Paradda çıxış edən prezident Tbilisidə keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Saakaşvilinin sözlərinə görə, Tbilisidə ölkə hüdudlarından kənarda yazılmış ssenarini həyata keçirməyə cəhd göstərilib:“Bu siyasi liderlər söz azadlığı yox, zorakılıq və qurbanlar istəyirdilər”. Prezident Gürcüstanın mütləq vahid və inkişaf etmiş ölkə olacağını söyləyib. Saakaşvili ölkənin əsas vəzifəsinin Gürcüstan ərazilərinin işğaldan tam azad edilməsi və birləşdirilməsi olduğunu bildirib.

O Rusiyanın Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etdiyini də söyləyib:“İmperiyanı Gürcüstandan başlayaraq bərpa etmək istəyən və böyük hərbi qüvvələrə malik olan qonşu Rusiya ölkəmizin müstəqilliyinə dəfələrlə qəsd edib”.

İnformasiya şöbəsi