İlham Əliyevin “neytrallar bloku”na qaçmasının səbəbi məlum oldu
«Parlament buraxılmalı və növbəti seçkilərin vaxtı elan olunmalıdır!»
Azərbaycan hakimiyyətinə Qərbdən demokratiya təzyiqləri davam edir. Bu barədə diplomatik kanallardan “Azadlıq”a daxil olan məlumatda bir daha deyilir. Indi detallarını açıqlayacağımız informasiya əslində, bir neçə dəfə müxtəlif epizodlar üzrə Ilham Əliyevə çatdırılmış narahatlıqların son siqnalı və tələbi xarakterini daşıyır.
Bugünlərdə Azərbaycanda səfərdə olmuş yüksək səlahiyyətli Qərb diplomatı təmsil etdiyi siyasi dairənin adından Ilham Əliyevin qarşısında kəskin tələb qoyub. Tələb iki hissədən ibarət olub. Birinci hissədə hakimiyyət siyasi islahatları elan etməli və müxalifətlə birlikdə addımlamağa qərar verdiyini açıqlamalıdır. Ikinci hissədə mövcud parlament buraxılmalı və növbəti seçkilərin vaxtı elan olunmalıdır.
Yalnız bu halda Azərbaycan hakimiyyəti bir sıra təminatlarla və tədricən əvəzlənə bilər. Əks halda, Qərb dairələri də radikal addımları dəstəkləməyə məcbur qalacaqlarını bəyan edib.
Indi bir daha aydın olur ki, Azərbaycanın gələcək müqəddəratı və siyasi taleyi, təhlükəsizlik risklərinin azalması Azərbaycan hakimiyyətinin qərarından asılıdır. Hətta hakimiyyət komandasının öz taleyi də…
“Azadlıq”