Hakimiyyəti qocalar idarə edir

İlham Əliyevin gənclər siyasətinə tutarlı cavab

Azərbaycan hakimiyyəti gənclərə böyük diqqət və qayğıdan, onların hər bir sahədə irəli çəkilməsindən danışır. Əslində bu gənclərlə bağlı bu tip bəyanatların sabun köpüyü olması hər kəsə bəllidir. Azərbaycan hakimiyyətinin gənclərə diqqət və qayğısı Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, Elnur Məcidli, Tural Abbaslı, Əhəd Məmmədli kimi vətənini sevən, ölkəsinin inkişafına səy göstərənləri saxta ittihamlarla həbsə atması ilə ölçülməlidir. Bundan əlavə, gənclərin hər bir sahədə irəli çəkilməsini bəyan edən hakimiyyətin qeyri-səmimiliyini elə iqtidar komandasında olanların yaşına diqqət edəndə görmək mümkündür. Hakimiyyət komandasında təmsil olunanların böyük əksəriyyətinin yaşı 50-dən yuxarıdır. Lakin yaşı 60-ı keçən məmurların da sayı kifayət qədərdir. Buyurun, hakimiyyətin ən “gənc” məmurları ilə tanış olun:
1.Baş nazir Artur Rəsizadə – 76 yaşı var.
2. Baş nazirin müavini Abid Şərifov – 71 yaşı var.
3. Baş nazirin müavini Elçin Əfəndiyev – 68 yaşı var.
4. Baş nazirin müavini Yaqub Eyyubov – 66 yaşı var.
5.Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev- 73 yaşı var.
6. Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə – 72 yaşı var.
7. PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazədə – 63 yaşı var.
8. PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov – 64 yaşı var.
9. PA-nın Iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov – 68 yaşı var.
10. PA-nın Kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov – 66 yaşı var.
11. PA-nın Nəşr və tərcümə şöbəsinin müdiri – Vasif Kərimov – 74 yaşı var.
12. Prezidentin iqtisadi siyasət məsələləri üzrə müşaviri Vahid Axundov – 69 yaşı var.
13. Müdafiə sənayesi naziri Yavər Camalov – 62 yaşı var.
14. Müdafiə naziri Səfər Əbiyev – 61 yaşı var.
15. Təhsil naziri Misir Mərdanov – 65 yaşı var.
16. Təhsil nazirinin müavini Isgəndər Isgəndərov – 65 yaşı var.
17. Səhiyyə naziri Oqtay Şirəliyev – 61 yaşı var.
18. Daxili işlər naziri Ramil Usubov – 63 yaşı var.
19. Sənaye və energetika naziri Natiq Əliyev – 64 yaşı var.
20. Nəqliyyat naziri Ziya Məmmədov – 59 yaşı var.
21. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov – 64 yaşı var.
22. Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri Abbas Ələsgərov – 74 yaşı var.
23. Dövlət Statistika Komitəsinin(DSK) sədri Arif Vəliyev – 68 yaşı var.
24. DSK sədrinin müavini Həmid Bağırov – 62 yaşı var.
25. DSK-nın aparat rəhbəri Ziyad Abbasəliyev – 61 yaşı var.
26. DSK-nın şöbə müdiri Alxan Mansurov – 62 yaşı var.
27. DSK-nın şöbə müdiri Meri Əmirova – 61 yaşı var.
28. DSK-nın baş hesablama mərkəzinin direktoru Şahbala Məmmədov – 75 yaşı var.
29. DSK-nın şöbə müdiri Zeydulla Ağayev – 70 yaşı var.
30. DSK-nın şöbə müdiri Seyfəddin Yusifov – 64 yaşı var.
31. DSK-nın şöbə müdiri Elton Əhmədov – 64 yaşı var.
32. DSK-nın şöbə müdiri Rafael Hacıyev – 76 yaşı var.
33. DSK-nın şöbə müdiri Əlisa Zeynallı – 61 yaşı var.
34. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri  Hidayət Orucov – 67 yaşı var.
Göründüyü kimi, siyahıda adları çəkilən məmurların yaşı 60-dan yuxarıdır. Bu məmurların arasında yaş senzini, yəni, yaşı 65-i keçənlər də var. Lakin gənclərin irəli çəkilməsindən danışan Ilham Əliyev hələ ki, bu qoca məmurları gənclərlə əvəz etməyə tələsmir…

İnformasiya şöbəsi