İran prezidentinin ziyarət etdiyi zavodda partlayış baş verdi
İran prezidenti Mahmud Əhmədinejad mayın 24-də Abadan şəhərində neftayırma zavodunun benzin istehsalı ilə bağlı layihəsinin açılışında iştirak edib. Açılış mərasimi başa çatandan dərhal sonra zavodun benzin istehsalına aid hissəsində partlayış olub. Nəticədə ərazidə yanğın başlanıb. Hadisədə ən azı 1 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb.
Partlayışla bağlı jurnalistlərə açıqlama verən İran parlamentinin enerji komissiyasının sədri Həmidrza Katuziyan hadisədən öncə zavodun benzin istehsal edən hissəsində partlayış təhlükəsi barədə zavod rəhbərliyini xəbərdar etdiyini söyləyib.
Onun sözlərinə görə, hadisə neftayırma zavodunun benzin istehsal edən hissəsinin istifadəyə hazır olmaması ilə bağlıdır.
İnformasiya şöbəsi