Obama və Kameron xalq etirazlarını qanla boğanları hərbi güclə hədələdi
“Qaranlığı aydınlığa çevirmək istəyənlərin yanında yer alacağıq”
ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kameron “Times” qəzetində birgə məqalə ilə çıxış ediblər. İki ölkə rəhbəri müştərək məqalələrində qeyd edib ki, Ərəb dünyasını saran demokratik dəyişikliklərə dəstək verməkdə qərarlıdırlar. Obama və Kameron demokratiyaya keçid məsələsində israrlı olacaqlarını və islahat tələbli xalq etirazlarını qanla boğmağa çalışan rejimlərə qarşı hərbi gücdən istifadə edə biləcəklərini vurğulayıb.
“Qaranlığı aydınlığa çevirmək istəyənlərin yanında yer alacağıq, basqılardan qurtulub azad olmağa çalışanlara dəstək olacağıq, demokratiya qurmaq istəyənlərə əl uzadacağıq”, – deyə Obama və Kameron birgə məqalələrində yazırlar.
İnformasiya şöbəsi