Nəqliyyat nazirinin taksi «əməliyyatı» minlərlə ailəni çörəksiz qoyur
Iyundan etibarən Bakı küçələrində Londondan gətirilmiş taksilər istifadəyə veriləcək. Ötən ildən başlayaraq, bənövşəyi rəngli bu taksilər hissə-hissə Azərbaycana gətirilib və onlar hazırda Beynəlxalq Avtovağzalda saxlanılır. Nəqliyyat Nazirliyi bu ayın sonunda daha 100 taksi gətirmək fikrindədir. Ümumilikdə isə ilin sonuna qədər 800-ə yaxın London taksisinin Bakıya gətirilməsi nəzərdə tutulub.
Yeni taksilərdə sayğac olacaq. Guya, sürücüləri də səliqəli geyinəcək, ingilis dilini biləcək.
Bütün bunlar öz yerində, bəs köhnə taksilərin aqibəti necə olacaq?
Yeni taksilər istifadəyə verildikdən sonra Bakıdakı dayanacaqlarda köhnə taksilərin dayanmasına icazə verilməyəcək. Bir müddətdən sonra köhnə taksilərə lisenziya da verilməyəcək. Məqsəd isə onları sıradan çıxarmaqdır.
Heç kimə sirr deyil ki, Azərbaycanda minlərlə ailənin çörəyi taksidən çıxır. Təkcə Bakıda on minlərlə taksi fəaliyyət göstərir. Hərəsi də bir ailənin dolanışıq mənbəyidir. Yeni gətiriləcək taksilərdə işləmək üçün irəli sürülən şərtlər isə sürücülərə sərf eləmir. Təkcə bir faktı qeyd edək ki, taksi sürücülərinin böyük əksəriyyəti ingilis dilini bilmirlər.
Qonşu Gürcüstanda işsizliyin qarşısını almaq məqsədilə atılan addımlardan biri kimi taksilərə lisenziyasız fəaliyyət göstərmək şəraiti yaradılıb. Azərbaycan hakimiyyəti isə işsizliyi azaltmaq əvəzinə, insanların olan-qalan dolanışıq mənbələrini də qapatmaqla məşğuldur.
Məsələ ilə bağlı taksi sürücülərinin də fikirlərini öyrəndik. Bu məqsədlə taksi dayanacaqlarındakı sürücülərə belə bir sualla müraciət etdik: “Əgər sizin taksi dayanacaqlarında dayanmağınıza, taksi kimi fəaliyyət göstərməyinizə imkan verilməsə, nə edəcəksiniz?”
Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında taksi dayanacağında dayanmış sürücü Məmməd ümid edir ki, dövlət indiki ağır vəziyyətdə bu qədər vətəndaşına çörək problemi yaratmaz: “Nə qədər ki, ərəb ölkələrində sakitlik deyil, hökumət belə addım atmaz. Istəməzlər ki, insanları, əsas da bizim kimi kasıbları narazı salsınlar. Ona görə narahat deyiləm”.
Eyni dayanacaqdakı digər taksi sürücüsü Elmar isə deyir ki, hara göndərsələr, ora gedəcəklər: “Biz kasıb adamlarıq. Bizə desələr ki, ”burada dayanmayın, orada dayanın”, biz də bunu edəcəyik. Başqa neyləyə bilərik ki?”
Qismət adlı başqa bir sürücü isə bu hakimiyyətdən hər şey gözlədiklərini deyir: “Uzağı acından öləcəyik. Onsuz da pul qazanmaq olmur. Nəqliyyat müfəttişləri bizi bezdirirlər. Hər gün ora pul, bura pul… Indi də bu bənövşəyi taksi məsələsi çıxıb. Mən bu yaşımdan sonra ingilis dilini necə öyrənim?”
Elmin



