Azərbaycanda insan haqlarının vəziyyəti, qanunsuz həbslər müzakirə mövzusu olub
Canmirzə Mirzəyevin rəhbərlik etdiyi Ictimai Palatanın Rotterdam bölməsinin üzvləri mayın 19-da Avropa Parlamentində görüş keçiriblər. Bu barədə məlumatı redaksiyamıza Niderlandda yaşayan mühacir Əli Hacılı göndərib.
Görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti, sərbəst toplaşmaq azadlığı, medianın durumu, qanunsuz həbs edilən mitinq iştirakçıları, o cümlədən həbsə atılan gənclərlə bağlı ətraflı müzakirələr aparılıb. Eyni zamanda Ictimai Palata üzvlərinə Ictimai televiziyada efir vaxtı verilməsi məsələsi qaldırılıb.
Görüşdə müzakirə olunan məsələlər barədə məlumat Bakıda səfərdə olan Avropa Parlamentinin sədri Yeji Buzekin də diqqətinə çatdırılıb.