“Yumurta müşavirəsi” fiaskoya uğradı

Ilham Əliyev bu məhsulun qiymətini saxlaya bilmədi

 

Ilham Əliyevin “yumurta müşavirəsi”ndən bir neçə ay keçib. Xatırladaq ki, dövlət başçısı həmin müşavirədə yumurtanın bahalaşmasına sərt reaksiya vermişdi. Ilham Əliyevin yumurta ilə bağlı tənqidi və təsirli nitqindən dərhal sonra yumurta dəfələrlə ucuzlaşmışdı.

Amma deyəsən, Ilham Əliyev növbəti dəfə “yumurta müşavirəsi” keçirməyə məcbur olacaq. Artıq bir neçə gündür ki, yenidən bu məhsulun qiymətində artım müşahidə olunur. Əldə etdiyimiz məlumatlara görə, topdansatış məntəqələrində yumurtanın bir qutusunun qiyməti 26 manatdan 34 manata qalxıb. Hələlik bəzi mağazalar köhnə qiymətə aldıqları yumurtanı satdıqlarına görə, istehlakçıları bahalaşmanı müşahidə etməyə bilər. Lakin yaxın günlərdə pərakəndə satışda da yumurtanın bahalaşması baş verəcək. Yumurtadan başqa daha çox tələbat olan toyuq budunun da qiyməti əhəmiyyətli dərəcədə artıb.

Əslində, belə olacağı gözlənilən idi. Çünki yumurtanın qiymətinin bahalaşmasının başlıca səbəbi monopoliyadır. Monopolistlər isə Ilham Əliyevin ətrafındadır. Nə qədər belədir, dövlət başçısının bahalaşma ilə bağlı müşavirələrinin nəticəsi olmayacaq.

Informasiya şöbəsi