Oliqarxlar parlamenti bölüşdürüb

Ən çox deputat Ramiz Mehdiyevin payına düşüb

2010-cu il parlament seçkiləri ərəfəsində hakimiyyət daxilində Milli Məclisdə təmsilçilik uğrunda amansız savaş başlamışdı. Bu savaşın iştirakçıları əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, hakimiyyətin ehtiyat qanadı sayılan Paşayevlər, nəqliyyat naziri Ziya Məmmədov, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev və Ilham Əliyevin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov idi. Məhz bu səbəbdən idi ki, hakim Yeni Azərbaycan Partiyası namizədlər siyahısını müəyyənləşdirə bilmirdi.
Bölgələri və biznes sahələrini ələ keçirən Kəmaləddin Heydərov, Ziya Məmmədov və Rövnəq Abdullayev kimi oliqarxlar siyasi güclərini də artırmaq niyyətində idilər. Lakin hakimiyyətin siyasi xəttini yönəldən Ramiz Mehdiyev israrla oliqarxların bu niyyətinə qarşı çıxırdı. 2003-cü ildən rayonlara nəzarət uğrunda mübarizədə oliqarxlara uduzan PA rəhbəri siyasi sahəni də əldən vermək niyyətində deyildi. Bu baxımdan 2010-cu il parlament seçkilərində Ramiz Mehdiyev tam gücü ilə Milli Məclisə nəzarət imkanlarını artırmaq uğrunda fəaliyyətə başladı. Və demək olar ki, məqsədinə də nail oldu. Apardığımız araşdırmalara görə, Milli Məclisdə daha çox təmsilçilik məhz PA rəhbərinə məxsusdur. Lakin Kəmaləddin Heydərov, Ziya Məmmədov və Paşayevlər də parlamentdə xeyli yer əldə edə biliblər. Oxuculara təxmini siyahını təqdim edirik.

Ramiz Mehdiyevin deputatlar:

Səttar Möhbalıyev
Səyavuş Novruzov
Madər Musayev
Mixail Zabelin
Abel Məhərrəmov
Rasim Musabəyov
Əli Əhmədov
Fazil Mustafa
Eldar Quliyev
Fərəc Quliyev
Gülər Əhmədova
Musa Qasımlı
Asəf Hacıyev
Arif Alışanov
Azay Quliyev
Aydın Mirzəzadə
Ilham Məmmədov
Ceyhun Osmanlı
Hadı Rəcəbli
Ilham Əliyev
Əhliman Əmiraslanov
Xanhüseyn Kazımov
Ziyafət Əsgərov
Çingiz Qənizadə
Bahar Muradova
Ərəstun Cavadov
Məlahət Ibrahimqızı
Mübariz Qurbanlı
Rafiq Məmmədhəsənov
Əhməd Vəliyev
Nizami Cəfərov
Rəbiyyət Aslanova
Yaqub Mahmudov
Aqiyə Naxçıvanlı
Bəxtiyar Əliyev
Bəxtiyar Sadıqov
Astan Şahverdiyev
Flora Qasımova
Elman Məmmədov
Imamverdi Ismayılov

Kəmaləddin Heydərovun deputatları:

Eldar Ibrahimov
Qüdrət Həsənquliyev
Ülvi Quliyev
Ağacan Abıyev
Elmira Axundova
Rüfət Quliyev
Iqbal Məmmədov
Fəttah Heydərov
Rauf Əliyev
Fərhad Qəribov
Rafael Hüseynov
Aslan Cəfərov
Əsabil Qasımov
Ayaz Orucov
Tahir Rzayev
Azər Kərimli
Novruzəli Aslanov

Paşayevlərin deputatları:

Etibar Hüseynov
Aytən Mustafayeva
Asim Mollazadə
Ziyad Səmədzadə
Fuad Muradov
Səməd Seyidov
Əli Hüseynov
Elxan Süleymanov
Sahib Alıyev
Qənirə Paşayeva
Rüstəm Xəlilov
Cavanşir Feyziyev
Musa Quliyev

Ziya Məmmədovun deputatları:

Sabir Hacıyev
Elton Məmmədov
Jalə Əliyeva
Əliağa Hüseynov
Şəmsəddi Hacıyev
Cavid Qurbanov

Rövnəq Abdullayevin deputatları:

Muxtar Babayev
Sədaqət Vəliyeva
Mahir Aslanov

Allahşükür Paşazadənin deputatları:

Qalib Salahzadə
Nəriman Əliyev
Cavanşir Paşazadə

Vasif Talıbovun deputatları:

Isa Həbibəyli
Ismayıl Hacıyev

Bir daha qeyd edirik ki, siyahı tam deyil. Milli Məclisdə digər məmurlar bir neçə yerlə təmsil oluna biliblər. Məsələn, Baş nazir Artur Rəsizadə yaxın qohumu Xanlar Fətiyevlə, milli təhlükəsizlik naziri Eldar Mahmudov Çingiz Əsədullayevlə,  əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov isə qardaşı Malik Həsənovla təmsil olunur.