Rusiya Federasiya Şurasının sədri istefaya göndərildi

Rusiya Federasiya Şurasının spikeri Sergey Mironov postunu itirib.  Sankt-Peterburq Məclisi onu Federasiya Şurasında təmsil edən Sergey Mironovun geri çağırılması haqda qərar çıxarıb və bununla da spiker vəzifəsini itirməli olub.

Sankt-Petrburq Məclisinin 43 deputatı Mironovun geri çağırılmasını dəstəkləyib, 5 nəfər isə bu qərarın əleyhinə səs verib.

Ədalətli Rusiya Partiyasının rəhbəri olan Sergey Mironovun postunu itirməsinin səbəbi hakim Vahid Rusiya Partiyası ilə münasibətlərinin pozulmasıdır. Sergey Mironov Rusiya Federasiya Şurasının sədri olduğu halda Sankt-Peterburq Məclisini və şəhərin icra hakimiyyətini, xüsusən qubernator Valentin Matviyenkonu tənqid edib.

Rusiya prezidenti Dmitri Medvedev Sergey Mironovun geri çağırılmasını siyasi mübarizənin nəticəsi kimi dəyərləndirib. Sergey Mironovun postunu onun birinci müavini Aleksandr Torşin tutacağı gözlənilir. Spikerin digər müavini Svetlana Orlovun da adı namizədlər sırasında hallandırılır.

Sergey Mironov 2001-ci ildən Sankt-Peterburq Məclisini Rusiya Federasiya Şurasında təmsil edib.